10 May 2016 15:28
266

Mayın 13-də Brüssəldə Avropa Birliyi və Türkiyə arasında planlaşdırılan ikitərəfli yüksək səviyyəli görüş təxirə salınıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici əlaqələr üzrə ali nümayəndəsinin müavini Mayay Kosyançiç deyib.

Onun sözlərinə görə, məlum görüş zamanı Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsi müzakirə olunmalı idi: "Qərar hər iki tərəflə razılaşdırılıb. Görüşün keçiriləcəyi vaxt məlum deyil".

Kosyançiç görüşün hansı səbəbdən təxirə salındığını açıqlamayıb.

Samir


Müəllif: