ABŞ prezidenti Barak Obamanın xarici siyasəti ilə bu ölkənin əhalisinin 57 %-i razı deyil.
Teleqraf.com-un xəbərinə görə, NBC və Wall Street Journal tərəfindən aparılmış ictimai rəy sorğusunun nəticələri belə deməyə əsas verir.
Sosioloqların fikrincə, bu, Obamanın prezidentliyi dövründə ən yüksək göstəricidir. Amerikalıların yalnız 37 %-i Ağ Evin xarici siyasətini bəyənir.
Sorğu İraqda vəziyyətin pisləşməsindən əvvəl keçirilib.
Ümumiyyətlə, Obamanın prezident kimi fəaliyyətini amerikalıların yalnız 41 %-i bəyənir. Bundan əlavə, respondentlərin 54 %-i hesab edir ki, Ağ Evin hazırkı rəhbəri ölkənin başında durmaq iqtidarında deyil.
Nihad