15 May 2016 17:51
315

Rusiya XİN-in rəsmisi Mariya Zaxarova “Eurovision”un növbəti müsabiqəsində Suriya prezidenti Bəşər Əsəd haqqında kompozisiyanı ifa etməyi təklif edib. Musavat.com xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.

Diplomat özünün yazdığl nəqaratdan da iki misranı paylaşıb:

Assad bloody, Assad worst.

Give me prize, that we can host.

Bu misralar təxminən belə tərcümə olunur: “Qanlı Əsəd, pis Əsəd. Mənə priz verin ki, müsabiqənin ev sahibi olaq”.

Statusa yazılmış şərhlərdə istifadəçilərdən biri Mariya Zaxarovadan qonşu ölkənin qələbəsinə sevinib-sevinmədiyini soruşub. O, bu suala “Təbrik edirəm” cavabını verib.

Qeyd edək ki, 2017-ci ildə “Eurovision” Ukraynada keçiriləcək. Bu ölkəyə qələbəni “1944” mahnısı ilə Camala gətirib. Kompozisiya Krım tatarlarının deportasiyasına həsr olunub.

İkinci yeri Avstraliya təmsilçisi Demi İm tutub, rusiyalı müğənni Sergey Lazarev isə üçüncü olub.


Müəllif: