21 May 2016 16:24
218

Barəsində axtarış elan olunan rusiyalı müxalif İrina Kalmıkovanın siyasi sığınacaq müraciətinə Litva müsbət cavab verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva daxili işlər nazirinin müavini Elvinas Yankevisus müsahibəsində bildirib.

Qeyd edək ki, rusiyalı müxalif ölkəsində ictimai asayişi pozmaq və çoxsaylı qanunsuz mitinq təşkil etməklə günahlandırılır. Rusiya prezidenti Vladimir Putinə qarşı tənqidləri ilə tanınan Kalmıkova üçün Moskvanın tələbi ilə İnterpol də axtarış elan edib.

İlhamə


Müəllif: