7 İyul 2015 11:28

Kanadalı model Tiger Sunun Suriyaya gedərək, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı döyüşdüyü bildirilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Sun özü məlumat verib. O, sağlamlığında yaranan problem səbəbindən ölkəsinə qayıtdığını bildirib.

46 yaşlı model yerli telekanallardan birinin suallarını da cavablandırıb. O, Suriyada zorakılığın hökm sürdüyünü, bu ölkəyə getməzdən əvvəl livanlı sevgilisi ilə məsləhətləşdiyini deyib. 1 uşaq anası olan Zambiya əsilli Sun əvvəl İraqa, oradan isə Suriyaya keçdiyini söyləyib.

Samir


Müəllif:
Загрузка...