8 İyul 2014 11:02
512

Peresdən Hüdayrın ailəsinə başsağlığı mesajı.

Şimon Peres yəhudilər tərəfindən qaçırıldıqdan sonra yandırılaraq öldürülənƏbu Hüdayrın atasına zəng edərək başsağlığı verib.

İsrail prezidenti Şimon Peresin ofisindən verilən yazılı açıqlamada Peresin öldürülən Əbu Hüdayrın atasına telefonla başsağlığı verməsi təsdiq olunub. Yayılan xəbərdə Peresin bu ifadələri dediyi qeyd edilir:

"Siz və ailənizin haradan köçdüyünü bilirəm. Utanc hissiylə kədərinizi paylaşıram. Oğlunuz cinayətkarlar tərəfindən öldürülüb. Millətim adına utanıram və sizin kədərinizi başa düşürəm. Geriyə qalan uşaqlar ölməməli və daha çox ana gözüyaşlı qalmamalıdır".

Ata Əbu Hüdayrın "Məhkəmədə əsl ədalət istəyirəm" sözlərinə cavab olaraq Peres: "Ədalət reallaşacaq və heç bir kənar təzyiq olmayacaq. Hamımız bütün qatilləri rədd edir və sizin kimi gerçək ədalət istəyirik. Bizi anaların göz yaşlarından və ataların kədərlərindən daha çox bir şey kədərləndirə bilməz. Çox təəssüf ki, yas tutan ana üçün heç bir rahatlıq yoxdur və qatillər üçün heç bir güzəşt olmayacaq. Qatillər cəzalandırılmalı və qaynağından qoparılıb atılmalıdır. Başsağlığı çadırını, sülh çadırı ilə dəyişməliyik", - deyib.

Sonda ata Əbu Hüdayr da buna cavab olaraq "sülh və ədalət istədiyini" Peresə çatdırıb.

Qeyd edək ki, İsrail baş naziri Binyamin Netanyahu da Əbu Hüdayrın ailəsinə başsağlığı verib.

/ans press/


Müəllif: