14 Aprel 2017 12:46
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında müalyim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 1°şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.


Müəllif: