16 İyun 2017 12:39
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriya ilə sərhədində İŞİD terror təşkilatının 5 döyüşçüsü saxlanılıb.

Teleqraf.com Türkiyə mediayasına istinadla xəbər verir ki, Kilisdə yaxalanan şəxslərdən 4-ü Azərbaycan vətəndaşıdır.

Onlar 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalova və 44 yaşlı Anastasiya Pozdivadır.

Saxlanılan zaman onların üzərindən 3 əl qumbarası, 3 kiloqram C4 partlayıcısı, əl qumbarasının açarı və digər ləvazimatlar aşkar edilib.

Saxlanılan şəxslərə qarşı terror təşkilatına üzv olma və partlayıcı maddə əldə etmə ittihamları irəli sürülüb.


Müəllif: Samir