26 İyun 2017 09:54
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Teleqraf.com-un məlumatına görə, bu gün dünyada müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd edirlər.

Bu gün Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərində bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlı Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Təzə Pir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan ayının başa çatması və bayram münasibətilə təbrik edib.

Qeyd edək ki, Ramazan ayı mayın 27-də başlayıb və iyunun 26-da başa çatıb. İyunun 26-sı və 27-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.


Müəllif: Teleqraf.com