21 İyul 2014 13:06
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda 7 nazir istefaya göndərilib.

Gürcüstan mətbuatına istinadən verilən məlumata görə, bunlar mədəniyyət naziri Quram Odişariya, ətraf mühit və təbii ehtiyatlar naziri Xatuna Qoqoladze, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir David Daraxvelidze, kənd təsərrüfatı naziri Şalva Pipiya, regional inkişaf və infrastruktur naziri Elqudja Xokrişvili, cəzaların icrası və probasiya naziri Sozar Subari, eləcə də diaspora məsələləri üzrə dövlət naziri Konstantin Surquladzedir.

Baş nazir İrakli Qaribaşvili bildirib ki, S.Subari qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir postunu tutacaq.

E.Xokrişvili isə ətraf mühit və təbii sərvətlər naziri vəzifəsinə təyin olunacaq.

/apa/


Müəllif: