11 Sentyabr 09:19

Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna polisinin rəsmi Tvitter hesabında məlumat yerləşdirilib.

Saakaşviliyə qarşı Ukrayna sərhədini qanunsuz keçmə maddəsi üzrə ittiham irəli sürülüb.

Bu arada, Saakaşvilinin adı Ukraynanın “Mirotvoreç” saytının siyahısına düşüb. Bununla da o, Ukraynanın düşməni elan edilib.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olan Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Bundan sonra sabiq qubernator Ukraynaya qayıdacağını elan edib. Dünən axşam saatlarında Saakaşvili Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.


Müəllif: Samir