25 Sentyabr 2017 19:09
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı Şimali İraqdakı müstəqillik referendumu ilə bağlı çox sərt açıqlama verib.

Teleqraf.com xəbər verir ki, İraq Kürdüstanının lideri Məsud Bərzaninin türkmanların torpaqlarına göz dikdiyini bildirən Baxçalı referendumla bağlı “yox” hökmü verildiyini vurğulayıb:

“Bərzani və peşmərgələri türkmanların tarix boyu yaşadıqları torpaqlara göz dikib. Gəldiyimiz bugünkü nöqtədə durum çox ciddidir, təhdid çox açıqdır, təhlükə çox yaxındır. Bu mövzu Türkiyə üçün yumşaq yanaşılmayacaq bir milli təhlükəsizlik məsələsidir. Hiyləgər referendum “yox” hökmündədir. Türkiyə kürd dövləti qurulmasını qəbul etməyəcək. Bərzani ağır cavab verəcəyi bir səfərə çıxıb”.


Müəllif: Səxavət