26 Sentyabr 2017 17:26
2 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan Telekanalının vitse-prezidenti Rauf Dadaşovun həbs edilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Bu barədə Teleqraf.com-a ATV-dən məlumat daxil olub. Məlumata görə, R.Dadaşov sabah günorta saatlarında işçilərlə sağollaşmaq üçün teleşirkətin binasına gələcək və vida toplantısı keçirəcək.

Qeyd edək ki, R.Dadaşov ATV-nin bu gün işdən azad edilən prezidenti Vüqar Qaradağlının qaynıdır.


Müəllif: Səxavət