10 Noyabr 20:36
398

Qazaxıstan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri üç ölkənin sərhədlərinin kəsişmə rayonu barədə Saziş imzalayıblar.

Teleqraf.com xəbər verir ki, imzalanma mərasimi BMT-nin himayəsi altında Səmərqənddə keçirilən “Mərkəzi Asiya: eyni keçmiş və ümumi gələcək, davamlı inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunub.

Mərasimdə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Türkmənistan Nazirlər Kabineti sədrinin birinci müavini, xarici işlər naziri Rəşid Meredov iştirak ediblər.

Sərhədlərin kəsişmə rayonu barədə Sazişin imzalanması Qazaxıstan, Türkmənistan və Özbəkistan arasında dövlət sərhədinin beynəlxalq-hüquqi rəsmiləşdirilməsi mərhələlərindən birini tam başa çatdırmağa imkan verəcək.

Bu sənəd üç həmsərhəd dövlət arasında qarşılıqlı hörmətin möhkəmlənməsi, suveren həmrəylik və ərazi bütövlüyü üçün möhkəm təməl yaradacaq.


Müəllif: Teleqraf.com