16 Noyabr 2017 03:49
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb.

1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Nəticədə evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb. Ş.Məmmədov ağır xəsarət alaraq "təcili tibbi yardım" maşını ilə xəstəxanaya çatdırılıb./report/


Müəllif: Teleqraf.com