1 Avqust 2014 16:29

Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan giziri Almazov İsə Ziyad oğlu doğulduğu kənddə dəfn edilib.

1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə, İsə Almazovun 4 övladı var.

ttv.az


Müəllif:
Загрузка...