12 Fevral 01:33

Ötən gün Rusiyada baş vermiş qəzadan sonra "An-148" təyyarəsinin istismarının dayandırılması gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov jurnalistlərə açıqlamasında bu yöndə qərarın qəbul edilməsinin mümkünlüyünü ifadə edib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.


Müəllif: Ayxan