21 Aprel 2018 14:41
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dialoq yalnız Serj Sarkisyan istefa verəcəyi halda mümkündür”.

Publika.az xəbər verir ki, bu barədə İrəvanda etiraz aksiyasına rəhbərlik edən Nikol Paşinyan Sarkisyanın dialoq çağırışına cavabında bildirib.

O, Ermənistan polisinin camaata atəş açacağına inanmadığını deyib: “İinanmıram ki, polis erməni əhalisinə atəş açacaq. Hesab edirəm ki, dialoq yolu bağlanıb. Müzakirə yalnız Sarkisyanın istefası şərti ilə mümkündür. Bu şərti xalq irəli sürür”.

Paşinyan Ermənistan diasporunu da Sarkisyana qarşı çıxmağa çağırıb.


Müəllif: Teleqraf.com