12 Avqust 2014 10:03
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda yanğın hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən Teleqraf.com-a verilən məlumata görə, yanğın bu gün səhər saatlarında şəhər sakini, 1949-cu il təvəllüdlü Vasif Ağababa oğlu Kazımova məxsus şəhərin Dadva məhəlləsində yerləşən inşaat materialları satışı bazarında qeydə alınıb.


Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində güclü alovun genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb.


Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 1800 kv.m olan bazarın içərisində olan plitə qurutma sexi 144 kv. m sahədə yanaraq yararsız vəziyyətə düşüb.


Faktla bağlı araşdırma aparılır.


Müəllif: