19 Avqust 2014 14:47
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcra hakimiyyəti: ” Bu Prezidentin siyasətidir və biz bu siyasətə sadiqiq”

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin kürəkəni Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb.

Teleqraf.com Sabunçuda baş verənlər, icra hakimiyyətinin narazılıq doğuran siyasəti, o cümlədən millət vəkilinə qarşı təzyiqlərlə bağlı qısa məlumat verib. Deputat Q.Salahzadə rayondakı durumla bağlı yazılanları təsdiqləyib və yaxın vaxtlarda onun müsahibəsini dərc edəcəyik.

Teleqraf.com-un yazdıqlarına Sabunçu rayon İcra Hakimiyyətindən artıq reaksiya gəlib. İcra hakimiyyətinin ittihamlara cavabını təqdim edirik.

Sabunçu rayon İcra Hakimiyyətinin "Editor.az" saytına rəsmi açıqlamasında qeyd olunub ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bilgəh qəsəbəsində hazırda baş alıb gedən anti-sanitar vəziyyət və abadalıq-quruculuq işlərinin zəif getməsi ilə bağlı Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsini dəyişmək qərarına gəlib. Bu kadr dəyişiklikləri mütəmadi olaraq öz işinin öhdəsindən gələ bilməyən və səriştəsiz icra nümayəndələri ilə bağlı baş verir. Lakin, Sabunçu rayonundan seçilən millət vəkili Qalib Salahzadə bu məsələyə qarşı çıxaraq, bildirir ki, icra nümayəndəsi mütləq bilgəhli olmalıdır. Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini yerlərdə uğurla icra edə bilən hər bir azərbaycanlı, istənilən şəxs istənilən vəzifəni tuta bilər. Burada kiminsə bilgəhli olması bir o qədər önəmli məsələ deyil. Bu Prezidentin siyasətidir və biz bu siyasətə sadiqiq”.

Ayxan


Müəllif: