20 Avqust 2014 10:11
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yay başlayandan indiyədək günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 35 nəfər müraciət edib.

Stansiyadan verilən məlumata görə, dünən 2 günvruma hadisəsi ilə əlaqədar stansiyaya çağırış olub. Günvurma hadisələrindən ölüm hadisələri qeydə alınmayıb.

Günvurma hadisələrinin baş verməməsi üçün insanlar günün ən isti saatlarında küçəyə çıxmasınlar. Küçəyə çıxan zaman isə özləri ilə çətir və ya gündən qoruyucu papaq və şlyapalar götürsünlər, çoxlu maye qəbul etsinlər.

/trend/


Müəllif: