3 Aprel 2016 09:50
480

Təmas xəttində vəziyyət gərgin olaraq qalır. Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Qurum rəsmisi bildirib ki, ötən gecə erməni silahlı birləşmələri əsasən Tərtər, Ağdərə və Füzuli istiqamətində olmaqla cəbhəyanı ərazilərdə mövqelərimizi və dinc sakinlərin olduğu məntəqələri atəşə tutublar.

Azərbaycan Silahlı Qüvvələri düşmənə lazımı cavab verir.

Azərbaycan tərəfdən itki yoxdur.

Azərbaycan Silahlı Qüvvələri əməlliyat şəraitinə nəzarəti davam etdirir.


Müəllif: