14 Aprel 2014 17:11
684

Nigeriyada iki partlayış törədilib.

Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, partlayışlar Nigeriyanın paytaxtı Abucada törədilib.

Avtovağzalda quraşdırılan iki partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı 70 nəfər ölüb, 124 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin artacağı istisna edilmir. Terror aktlarına görə, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Faktla bağlı araşdırmalara başlanılıb.

Eldar


Müəllif: