23 İyun 2014 13:31

İrəvanda Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb. Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, hazırda görüş ikitərəfli formatda keçirilir. Daha sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.

Qeyd edək ki, S.Lavrov bazar günü Ermənistana ikigünlük rəsmi səfər edib. Danışıqların proqramına iki ölkənin yüksək dövlət rəhbərlərinin görüşünün keçirilməsi məsələsinin müzakirəsi də daxildir.

Səxavət


Müəllif: