20 Aprel 2017 10:45
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə saat 22:44-də Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq ağır xəsarət alıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən Telelqraf.com-a verilən açıqlamaya görə, yaralı təcilli tibbi yardım ilə xəstəxanaya çatdırılıb: “Xəstə komadadır. Vəziyyəti ağır-stabildir”.

Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, yaralının kimliyi məlum deyil: “Təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb. Üzərində sənəd olmayıb. Kimliyi hələlik məlum deyil”.

Nəsimi Paşayev qeyd edib ki, kamera görüntülərindən bəlli olur ki, sərnişin intihar etmək istəməyib: “Təhlükəsizlik xəttini keçib və ehtiyatsızlıqdan ayağı sürüşüb və yıxılıb”

İlhamə ƏBÜLFƏT


Müəllif: