23 May 2017 14:55
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Mançester şəhərində baş verən terror aktından sonra 5 yeniyetmə itkin düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı şəhər polisi məlumat yayıb. Yeniyetmələrin hansı şəraitdə yoxa çıxmaları məlum deyil.

Bundan başqa, İngiltərə KİV-i terror aktının ilk qurbanının kimliyini açıqlayıb. O, 18 yaşlı Corcina Kellenderdir. Hadisə baş verən vaxtı Corcina anası ilə birlidkə konserti izləyirmiş.


Müəllif: Samir