20 İyun 2017 15:17
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistandakı səfirliyində vətəndaşların qəbulu zamanı qəfildən həyəcan siqnalı verilib.

Teleqraf.com xəbər verir ki, bu haqda “İravunk” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, adətən, belə siqnal terror və ya hər hansı digər təhlükəli anlarda səslənir.

Qəbula gələn vətəndaşlar təşvişə düşərək səfirlik əməkdaşları ilə birlikdə masanın altına gizləniblər, bəziləri isə diz üstə çöküb təxminən 20 dəqiqə gözləməli olub. Qəzet siqnalın hansı səbəbdən verildiyi barədə heç bir informasiyanın olmadığını qeyd edib.


Müəllif: Nərgiz