21 İyun 2017 19:19
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Miçiqan ştatındakı Bişop Beynəlxalaq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib. İnsanlar təxliyyə edilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hava limanında təhlükəli vəziyyət elan edilib.

Şahidlər bir polisin boynundan yaralandığını və polisin bir nəfəri həbs etdiyini bildirib.

Yaralı polis əməkdaşı xəstəxanaya çatdırılıb və sağlıq durumu ağır olaraq qiymətləndirilir.

Sərnişinlərin həyatına heç bir təhlükə olmadığı bildirilir.

Hadisənin motivi barədə məlumat verilmir.


Müəllif: Ruslan