21 İyun 2017 22:10
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəlilabad" ticarət mərkəzində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad şəhərində ümumi sahəsi 4600 kvadrat metr olan “Cəlilabad” ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 kvadrat metr sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 kvadrat metr sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com