24 İyun 2017 21:18
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunun Qaragüney kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri və xəsarət alanların kimliyi araşdırılır. (apa)


Müəllif: Teleqraf.com