26 İyun 2017 01:44
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonu, Ağburun qəsəbəsində yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Beyləqan rayonu, Ağburun qəsəbəsində 0.5 ha biçilməmiş taxıl sahəsi, 1 ha biçilmiş taxıl sahəsi və “Toyota” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com