22 İyul 2017 01:26
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana şəhərində zibillikdən yeni doğulmuş körpə tapılıb.

Körpə çantaya qoyularaq zibilliyə atılıb. Uşağı zibilliyin yanından keçən bir nəfər tapıb. O, zibillliyin yanından keçərkən səs eşidib və çantaya baxmaq qərarına gəlib. Çantada hələ göbəyi kəsilməmiş qız uşağını görən kişi dərhal polisə xəbər verib.

Polis araşdırmalara başlayıb.


Müəllif: Teleqraf.com