9 Avqust 21:36
662

Türkiyənin Kocaeli şəhərində 11 yaşlı əqli-qüsurlu qıza təcavüz edən şəxs yerli sakinlər tərəfindən döyüldükdən sonra polisə verilib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, A.Ü yerli sakinlərə yanındakı qadının 20 yaşlı qardaşı qızı olduğunu deyib. Amma sonra o, qızı tanımadığını bildirib. Həkim müayinəsindən sonra qızın təcavüzə məruz qalmadığı bəlli olub və A.Ü sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com