13 Avqust 2017 14:41
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Əfqanıstanda hava hücumu nəticəsində İŞİD-in Mərkəzi Asiya üzrə bir neçə komandiri öldürülüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, öldürülənlərdən biri İŞİD-in Xorasan əmiri (Mərkəzi Asiya ölkələri üzrə əmir) Abdul Rəhmandır. Bu barədə ABŞ-ın Əfqanıstandakı ordu komandanı, general Con Nikolson deyib. Onun sözlərinə görə, Abdul Rəhmanın şəxsiyyəti müəyyənləşib, digər ölənlərin kimliyi dəqiqləşdirilməyə çalışılır: “Hücum nəticəsində Əfqanıstanın Kunar əyalətində Abdul Rahmanla yanaşı İŞİD-in komandir heyətinə daxil olan 3 nəfər öldürülüb”.

Con Nikolson bu il İŞİD-i Əfqanıstanda tam məğlubiyyətə uğradacaqlarına əmin olduqlarını bildirib.


Müəllif: İlhamə