24 İyul 2014 17:08
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Rəcəp Tayyip Ərdoğan Amerikanın CNN kanalında qonaq olduğu “Connect the World” verilişində İsrailin Türkiyə və Qətərin HƏMAS-ı maliyyələşdirməsinə sərt cavab verib.

Məlumata görə, Ərdoğan İsraili terror dövləti adlandırıb.

“Birincisi mən soruşmaq istəyirəm ki, İsraili kim maliyyələşdirir? İkincisi, İsrail bir terror dövlətidir. Hazırda etdikləri ilə bir terror dalğası yaradırlar. Qətər əzilənlərin yanında dayanır və humanitar yardımlar edir. Qətərin Türkiyə ilə işbirliyi həmişə bu istiqamətdə olub. Qətər və Türkiyəyə başqa bir don geyindirmək bunu edənlərin məqsədinin nə qədər pis olduğunu göstərir. Biz bir NATO ölkəsiyik və müttəfiqlərimizlə birgə hərəkət edirik. Bizim beynəlxalq aləmdə bir xarakterimiz var. Heç vaxt terrorun yanında olmadıq. Hər zaman terrorla mübarizə etdik”, -deyə Ərdoğan cavabında bildirib.

/publika.az/


Müəllif: