16 Sentyabr 2017 12:44
2 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.09.15 22:48

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.

Nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.

Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək.

Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.

***

11:04

Nazir Yavər Camalovun oğlu Rövşən Camalovun ölüm səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, nazirin oğlu uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb.

44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.

Ailəlidir./Qafqazinfo/

***

Müdafiə Sənayesi naziri Yavər Camalovun vaxtsız dünyasını dəyişən oğlu Rövşən Camalovun nəşi ölkəyə gətirilib.

Axar.az-ın məlumata görə, R.Camalovun cənazəsi Şivəlanda, Mir Mövsüm Ağa ziyarətgahında dəfn olunacaq.

Mərhumun 3 mərasimi isə 18 sentyabrda Heydər məscidində təşkil olunacaq.


Müəllif: Teleqraf.com