26 İyul 2014 18:56
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında başqanlıq davası yenidən kəskinləşib.

Buna səbəb Hollandiyada yaşayan müsavatçı Eldəniz Yusifovun açıq şəkildə Arif Hacılıya dəstək verməsi, Qubad İbadoğlunu isə dışlaması olub.

Başqan olmaq iddiasını ortaya qoyan İsa Qəmbərin müşaviri Səxavət Əlisoy isə sosial şəbəkələrdə maraqlı fikirlər işlədib. Əlisoy bəyan edib ki, Müsavat partiyası üzvlərinin mütləq əksəriyyəti Azərbaycan türkü olduğundan bu partiyanın yeni başqanı da türk oğlu türk olmalıdır. Bununla da, müşavir Arif Hacılının türk olmadığına işarə edib.

Göründüyü kimi, artıq Müsavatda başqanlıq davası əndazəni aşaraq irqçilik səviyyəsinə gəlib.

Bəzi Müsavat fəalları isə elan edirlər ki, nizamnamədə başqa millətlərin nümayəndəsinin başqan olmasına qadağa qoyulmur.


Müəllif: