18 Oktyabr 2017 01:23
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana dünyasını dəyişib.

Bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi olub. Onun iki oğul övladı var.

Onun yeni doğulan qızı isə sağ qalıb.

Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.

Faktla bağlı araşdırma aparılır. (report)


Müəllif: Teleqraf.com