20 Oktyabr 2017 14:47
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Haşdi Şabi qruplaşması ilə birlikdə Kərkük bölgəsinin Altunköprü şəhərini azad ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İraq Silahlı Qüvvələrinin Baş qərargahı məlumat verib.

Bildirilib ki, peşmərgə qüvvələri itki verərək, geri çəkilməyə məcbur olub.

Qeyd edək ki, dünən peşmərgə əsgərləri Altınkörpü şəhərində türkmənlərə aid qərargaha od vurmuşdu. İraq Türkmən Cəbhəsinin Kərkük təşkilatının lideri Məhməd Saman Ağaoğlu İraq hökumətini köməyə çağırmışdı.


Müəllif: Samir