23 Oktyabr 2017 11:13
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Sabirabad rayon sakininin idarə etdiyi "Saipa" markalı minik avtomobilində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə ediməsi barədə məlumat daxil olub.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə,idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin avtomobil Sabirabad rayonu ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi məqsədilə İdarənin inzibati binasının həyətinə gətirilib. Sürücünün iştirakı ilə aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində aksiz markası olmayan 30 000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com