13 Noyabr 19:10
66

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Gərənə kəndi ərazisində salınan və məcburi köckünlərin məskunlaşdığı qəsəbədə 2001-ci il təvəllüdlü Sənan Məmmədov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Sənan Məmmədov həmyerlisi, 2001-ci il təvəllüdlü İsmayıl Abbasov tərəfindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov