22 Noyabr 2017 10:14
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:48

Bakının Qaradağ rayonu ərazisində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Lökbatan qəsəbəsində yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

1970-cı il təvəllüdlü Xuraman Məmmədova

1964-cü il təvəllüdlü Rəhim Səlimov

1975-ci il təvəllüdlü Ağayev İlqar

35 Aytəkin Məmmədova

37 yaşlı Ramiz Məmmədov

1966 Sultanova Ulduz

35 Vadim Mütəllibov

1953-cü il təvəllüdlü İbrahimov Qəzənfər

1983-cü il təvəllüdlü Atayev Elnur.

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

***

Hadisə Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində, paytaxtın Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.


Məlumata görə, 149 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sərnişinlərin düşməsi üçün yolun kənarında dayanıb. Bu vaxt eyni istiqamətlə hərəkət edən "Hovo" markalı yük maşını arxadan avtobusa çırpılıb.

Xəsarət alan yaralılar 1 saylı Xəstəxanaya çatdırılıb. On yaralıdan 2 nəfəri evə buraxılsa da, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsi yol qəzasının təfərrüatlarını araşdırır.


Müəllif: Teleqraf.com