11 Yanvar 2018 12:46
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya” televiziyasının çəkiliş qrupu qəzaya düşüb.

Hadisə Hacıqabul rayonu ərazisində, “Nəvahi” postu yaxınlığında baş verib.

“Ləziz Səyahət” verilişinin çəkiliş qrupunun olduğu “Mercedes” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Verilişin aparıcısı Aqşin Kazımoğlu faktı təsdiqləyib: “Yüngül qəza keçirdik. Allaha şükür hər şey qaydasındadır, xəsarət alan yoxdur”./APA/


Müəllif: Teleqraf.com