12 May 2018 17:06
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ticarət şirkətinin satış menecerinə rekord pul cəzası verilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Mayami şəhərində Adrian Abramoviç adlı menecer tətil paketləri və kirayə evləri insanlara özbaşına satmaqda günahlandırılır.

ABŞ-ın Federal Əlaqə Komissiyası 96 milyondan çox avtomat telefon zəngi etdiyi üçün ona 120 milyon dollar pul cəzası kəsib.

Bu, hazırkı günə kimi qurumun verdiyi ən yüksək cəza hesab olunur.

Adrian Abramoviç isə dələduzluq niyyətinin olmadğını bildirib.


Müəllif: İlhamə Əbülfət