5 May 2014 12:49
567

Bu gün Müsavat Partiyasının Divanı toplanacaq.

Müsavatın Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Teleqraf.com-a bildirdi ki, qurultayın keçirilməsi üçün yollar axtarılır və toplantıda bu barədə ciddi müzakirə aparılacaq.

O xatırladıb ki, Müsavatın qurultayı hələ 2010-cu ildə keçirilməli idi: “Faktiki olaraq Bakı meriyası bizə yer ayırmayıb və buna görə də partiyanın qurultayı ləngiyir. Əvvəllər belə absurd fikir yayılırdı ki, Müsavat özü qurultay keçirmək istəmir. Ancaq biz qurultayın keçirilməsi ilə bağlı qətiyyətli mövqeyə keçdikdən və BŞİH-dən birmənalı olaraq yer ayrılmasını tələb etdikdən sonra meriya məktubumuza cavab belə verməyi lazım bilmir. Qurultayımızın keçirilməsinə mane olurlar”.

A.Hacılı Müsavat başqanının müşaviri Səxavət Əlisoyun Müsavat Partiyasının qurultayını çadırda və ya Facebook sosial şəbəkəsində keçirilməsi təklifinə münasibət də bildirib: “Bizim çadırda qurultay keçirmək niyyətimiz yoxdur. Müsavat qurultay keçirmək üçün müvafiq yer almağa nail olacaq”.

Nərgiz


Müəllif: