21 İyul 2015 11:27

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışı xarici KİV orqanlarının da diqqətini cəlb edib. Ayrı-ayrı media orqanlarında bu çıxışın ən xırda elementləri təhlil olunur, səsləndirilmiş fikirlərə müxtəlif aspektlərdən yanaşılaraq, “Azərbaycanın xarici siyasət kursunda kardinal dəyişikliklər baş verə bilərmi” kimi suallara cavab axtarılır.

Prezident İlham Əliyevin çıxışına diqqət yetirən xarici media orqanları arasında Rusiya Federal Məclisinin rəsmi mətbu orqanı olan “Parlamentskaya qazeta” da var. Qəzetin əməkdaşı Yuri Borisov Azərbaycan prezidentinin çıxışından dolayı yaranmış suallarına cavab tapmaq məqsədilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrtət Yusifovu özünə müsahib seçib. Müsahibənin ilk sualı da elə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında bəzi Avropa ölkələrinin tutduğu qərəzli mövqe və ümumən avrointeqrasiya ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı olub.

Müsahibədə ümumən Azərbaycanın Qərb ölkələrilə münasibtlərinin gələcək taleyi, Bakı 2015 I Avropa Oyunları ərafəsində bəzi Avropa Ölkələri və təşkilatlarının Azərbaycana qarşı sərgilədiyi davranış, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramında iştirakçılığın perspektivləri, Bakı ilə Moskva arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoymasının müxtəlif elementləri və bu xüsusda bir sıra digər məsələlərə toxunulub.

“Qərb Şərqə hücum edir: Bakıda keçirilmiş Avropa Oyunları niyə Avropanın “xoşuna gəlmədi?” sərlövhəsilə yayımlanmış müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://www.pnp.ru/news/detail/91259


Müəllif:
Загрузка...