4 İyun 2014 14:14
676

Vyetnam Qadınlar Birliyinin mətbuat orqanı olan “Vyetnam qadını” jurnalının iyun buraxılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya həsr olunmuş “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri” başlıqlı məqalə dərc olunub.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, Vyetnam Qadınlar Birliyinin 15 milyondan artıq üzvü var və “Vyetnam qadını” jurnalı dünyanın 135 ölkəsində yayılır.

Məqalədə bu ilin mayın 18-19-da Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevi müşayiət etmiş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vyetnama səfərinin Vyetnam ictimaiyyətinin böyük marağına səbəb olduğu vurğulanıb.

Məqalədə M.Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycan və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirləri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən M.Əliyevanın Azərbaycan xalqının zəngin mədəniyyətinin, xalq ədəbiyyatının və muğam musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində əvəzsiz xidmətləri haqqında geniş yazılıb. Həmçinin, M.Əliyevanın Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü və parlamentin deputatı kimi siyasi fəaliyyəti də işıqlandırılıb. M.Əliyevanın ictimai-siyasi və mədəni fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görüldüyü vurğulanaraq, onun müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş ictimai rəy sorğularında ilin ən nüfuzlu xanımı seçilməsi də məqalədə öz əksini tapıb.

Səxavət


Müəllif: