1 Aprel 2016 16:08
349

Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) üzvləri ilə Müsavat Partiyasının üzvləri arasında qarşıdurma yaşanıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb ADR üzvü Kamil Xəlilbəylinin sosial şəbəkədəki fikirləri olub.
K.Xəlilbəyli bildirib ki, Müsavat başqanının müavini Yadigar Sadıqov müsahibəsində Müsavatın qurultayına haqq qazandırıb: “Mən və mənim kimilər həbsdə yatmasaq da, onlardan qat-qat əzab yaşamışıq. Kimsə həbsdə yatmağı balasının gözünə baxmamaqdan çətin olduğunu iddia edə bilməz”.
Bunun ardınca tərəflər arasında qarşıdurma başlayıb.

Yadigar Sadıqov bildirib ki, ona cəmi iki həftəyə yaxın dözdülər.
Orxan Nəsibli adında istifadəçi isə Qubad İbadoğlunun ətrafında olan şəxsləri təhqir edib.
Daha sonra tərəflər arasında bir-birinə qarşı yazışmalar başlayıb.

Kamil Xəlilbəyli Yadigar Sadıqova müraciət edərək deyib: “Arifin zopası sənə də yaman təsir edib. Problem yoxdur, Əlikramın yetirməsi. Vaxtınıza az qalıb...”.

Cavidan


Müəllif: