2 Aprel 2016 11:39
558

Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilir.

Teleqraf.com-un məlumatına görə, iclas partiya himninin səslənməsi ilə başlayıb. Məclis sədri Nüşabə Sadıxlı Füzuli rayon təşkilatının yeni sədri Əlibaba Nəsirovu və Qaradağ rayon təşkilatının yeni sədri Qədim Soltanı Məclis üzvlərinə təqdim edib.

Qeyd edək ki, Qədim Soltan Müsavat başqanının müavini Səxavət Soltanlının qardaşıdır. Qədim Soltan çıxışı zamanı alternativsiz olaraq rayon təşkilatına sədr seçildiyini deyib.

Toplantıda çıxış edən Arif Hacılı Kəlbəcər rayonunun işğalının 23-cü ildönümünü xatırladıb: "Kəlbəcərin işğalı dövründə hakimiyyətdə olduğumuz üçün Kəlbəcərin işğalında məsuliyyət daha çox bizim boynumuzdadır. Kəlbəcərin və digər işğal altındakı torpaqlarımızın azad olunması üçün ciddi işlər görmək niyyətindəyik. Çalışırıq ki, bu tarix unudulmasın".

O, çıxışı zamanı 2011-ci ildə İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqə də diqqət çəkib.

Nərgiz


Müəllif: