7 Aprel 2016 12:57
416

"Dağlıq Qarabağda sülhü zorakılıq və qeyri-sivil davranış əvəz edir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "The Jerusalem Post" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, müasir dünya zorakılıq və qeyri-sivil davranışı təşviq edir və eyni zamanda hüquqlarını qoruyanlara məhəl qoymur: "Azərbaycanın 1 milyondan çox qaçqını var. Onlar Dağlıq Qarabağdakı evlərini tərk etməyə məcbur olublar. Əgər qaçqınlar inteqrasiya edir və normal həyat yaşayırsa, dünya onların öz vətəninə qayıtmaq hüquqlarını unudur. Bu, ədalətsizlikdir. Görünür, dünya münaqişəyə məhəl qoymamaqla özünü daha rahat hiss edir".

Səfir əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində öz qanuni haqqını tələb edir.

Samir


Müəllif: